Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Cəmiyyət
2283
22 Dec 2025 | 17:25

Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Murad İlham oğlu Əzizli Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdir müavini təyin edilib.

M.Əzizli yeni təyinatadək Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin köməkçisi idi.

Qeyd edək ki, adıçəkilən departamentin müdiri Elmar Hacıyevdir. O, bir neçə ay əvvəl bu vəzifəyə gətirilib.

Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər