Xəstəxanada olan Xalq şairinin durumu necədir? - Köməkçisindən açıqlama
Cəmiyyət
348
14:45, Bu gün

Xəstəxanada olan Xalq şairinin durumu necədir? - Köməkçisindən açıqlama

Xalq şairi Nəriman Həsənzadə Yeni il bayramı ərəfəsində evə buraxılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun köməkçisi Arif Mehmandost məlumat verib.
 
O bildirib ki, şairin vəziyyəti yaxşılığa doğru dəyişir:
 
“Hazırda səhhəti normaldır. Vəziyyəti yaxşılığa doğru dəyişir. Həkim nəzarəti altındadır. Həkimlərlə danışıqlar gedir. İrəliləyiş olarsa, Yeni il bayramından öncə evə buraxılacaq”.
 
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb.
Link kopyalandı!
Son xəbərlər