O da azadlığa buraxıldı
Cəmiyyət
481
13:43, Bu gün

O da azadlığa buraxıldı

Amnistiya aktı Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan sabiq inspektoru Şahin İsgəndərova da şamil edilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham edilərək 5 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 5 ildən 3 ilə endirmişdi.

Link kopyalandı!
Son xəbərlər