13:19
9°C
Bakı
Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.