AZAL təyyarəsinə həsr olunmuş poçt markası hazırlandı
Cəmiyyət
414
11:31, Bu gün

AZAL təyyarəsinə həsr olunmuş poçt markası hazırlandı

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb.

Moderator.az xəbər verir ki, J2-8243 reysinin anımına həsr olunmuş poçt markası sabah ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.

Link kopyalandı!
Son xəbərlər