Səki yox, sanki tələdir - Bu səki insan həyatı ilə oynayır
Cəmiyyət
431
10:50, Bu gün

Səki yox, sanki tələdir - Bu səki insan həyatı ilə oynayır

Sulutəpə dairəsinə aparan yolda piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Moderator.az xəbər verir ki, yol kənarında yerləşən piyada səkisinin üzərində iri çuxur əmələ gəlib.

Çuxur dərin və geniş olduğundan piyadalar həmin hissəni keçmək üçün avtomobil yoluna çıxmağa məcbur olurlar. Bu da nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə ciddi təhlükə yaradır.

Xüsusilə magistral yolun kənarında yerləşməsi bu problemi daha da riskli edir.

Vətəndaşlar aidiyyəti qurumlardan problemi tezliklə aradan qaldırmalarını istəyirlər.

 

(Milli.az)

Link kopyalandı!
Son xəbərlər