Bu gün Xudatın bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, buna səbəb Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə aparılacaq təmir işləridir.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.