Avtomobili etibarnamə ilə idarə edənlərin NƏZƏRİNƏ
Cəmiyyət
1275
08:57, Bu gün

Avtomobili etibarnamə ilə idarə edənlərin NƏZƏRİNƏ

Avtomobil idarə edilməsi üçün etibarnamə, avtomobil sahibinin başqa şəxsə nəqliyyat vasitəsini onun adından idarə etmək hüququ verməsini təsdiqləyən rəsmi sənəddir. Etibarnamə müddətli olur və vaxtı bitdikdə qüvvədən düşür. Avtomobil sahibi istənilən vaxt etibarnaməni ləğv edə bilər. Qanunvericiliyə əsasən, etibarnamə olmadan avtomobilin idarə edilməsi inzibati məsuliyyət yarada bilər. Qaydalara görə, cərimələr etibarnamə ən son kimə verilibsə, onun hesabına yazılır.

Bəs əgər etibarnamə bir neçə şəxsə verilibsə, qayda pozuntularını isə etibarnamənin ilk verildiyi şəxs edibsə, cərimə digər etibarnamə ilə idarə edən şəxsə nə üçün yazılır?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyevin sözlərinə görə, bu məsələ qlobal problemdir, amma qismən çıxış yolu tapılıb: 

“Hətta bundan sui-istifadə edənlər də var. Kimin balı 18-19 bal olur, qorxusundan kiməsə etibarnamə verib maşını özü idarə edir. Bu zaman hansısa hadisə törətsə belə yenə müəyyən olunmayacaqdı ki, bunu kim törədib. Etibarnamə verilən şəxs və ya sürücülük vəsiqəsi olan maşının sahibi? 

Qlobal problem olaraq qalırdı. Cərimə də sonuncu etibarnamə kimə verilib, ona hesablanırdı. Qaydanı pozan həqiqətən kimdir? Məsələn, sərxoşam, avtomobilimi də sürmək üçün başqasına, etibarnaməsiz formada verirəm. O da qaydanı yaxşı bilmir, daxil olur avtobus zolağına və ya səhv idarə edir. 


Yəni qaydaları pozur, sonra görürəm ki, sürücülük hüququm məhdudlaşdırılıb. Ancaq qaydaları həmin şəxs pozub. Mən getməli idim polisə, ərizə yazmalıyam, onlar da deməlidir ki, həqiqətən ayıq sürücü sürüb və ya dostum, ailə üzvüm və s. Mən yatmışam, xəbərim olmayıb. Bu da qeyri-müəyyənlik yaradır. Yaxud da ikinci etibarnamə verilən şəxs maşını idarə edir. 

Bu hallar da mübahisələrə səbəb olurdu. Buna qismən çıxış yolu yaradıblar. E-polis.az mobil tətbiqində orada mülkiyyətimdə olan “Avtomobillərim” hissəsi var.  Hazırda hansı avtomobili sürürəmsə, həmin avtomobilin qeydiyyat nömrəsi orda yazılır. Hansı aralıqda, zamanda sürülürsə, həmin müddəti təyin edirəm. 

Düşünürəm mülkiyyətimdə olan bu avtomobili bu müddət ərzində mən sürəcəm və ya həyat yoldaşım da o hissəni seçir. Bu halda onun cəriməsi özünə gedir, mənim cəriməm mənə gəlir.

Bu problem qismən düzəlib. Hazırda bunu tətbiq edirəm. Artıq digər avtomobili ailə üzvlərimdən biri sürür. 


Onun cəriməsi də özünə gedir. Halbuki o mənə də etibarnamə verib, amma öz cəriməsi özünə gedir. Belə problemlər əvvəllər daha çox olurdu. Bir çoxlarının bundan xəbəri yoxdur. Mobil tətbiqdə bunu etmirlər və ya edə bilmirlər deyə ümumi olaraq bu problemlə üzləşirlər”.

Link kopyalandı!
Son xəbərlər