Azər Aydəmirdən çağırış:
Cəmiyyət
195
00:14, Bu gün

Azər Aydəmirdən çağırış: "İnformasiya ilə davranışımız məsuliyyətli olmalıdır"

Media Savadlılığı Həftəsi çərçivəsində aparılan maarifləndirmə kampaniyasında tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir media savadlılığının əhəmiyyəti haqqında fikirlərini bölüşüb.

Moderator.az xəbər verir ki, Azər Aydəmir qeyd edib ki, sosial şəbəkələrdə rast gəldiyimiz videolar və görüntülər həmişə həqiqəti bütöv şəkildə əks etdirməyə bilər:

"Bəzən montaj, kontekstdən çıxarma, bəzən də süni intellekt vasitəsilə hazırlanmış saxta məzmun insanı yanlış nəticəyə gətirib çıxarır. Məhz buna görə də informasiya ilə davranışımız daha məsuliyyətli olmalıdır.

Hər hansı məlumatı paylaşmazdan əvvəl mənbəyə diqqət yetirək, təsdiqini axtaraq. Eyni məlumatın etibarlı resurslarda necə təqdim olunduğunu mütləq yoxlayaq. Biz ekranda hekayəni necə məsuliyyətlə qururuqsa, izlədiyimiz məzmunu da eyni məsuliyyətlə dəyərləndirməliyik".

Sonda o, Medianın İnkişafı Agentliyinin media savadlılığının artırılması üzrə həyata keçirdiyi təşəbbüslərə dəstək olduğunu bildirərək, hər kəsi məlumatları dəyərləndirərkən daha diqqətli və qəti mövqe sərgiləməyə dəvət edib.

 

Link kopyalandı!
Son xəbərlər