22:39
8°C
Bakı
Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək endirilib.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mövcud şəraitlə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, həmçinin bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib.
Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri və yol hərəkəti qaydalarına diqqətlə riayət etmələri xahiş olunur.