Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Cəmiyyət
896
21 Dec 2025 | 21:09

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək endirilib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mövcud şəraitlə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, həmçinin bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib.

Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri və yol hərəkəti qaydalarına diqqətlə riayət etmələri xahiş olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər