Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cəmiyyət
667
14:40, Bu gün

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə bu gün vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Moderator.az-a verilən xəbərər görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Dekabrın 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər