Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
Cəmiyyət
353
16:18, Bu gün

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.
 
Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.
 
İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.
 
Hərrac gələn il yanvarın 8-də keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər