Bizi sosial şəbəkələrdən izləyin:
Sürücülərin çoxu tramplindən asta sürətlə keçmək lazım olduğunu bilir. Ancaq bu zaman xırda məqama diqqət yetirmir.
Moderator.az xəbər verir ki, əyləc basılı halda tramplindən keçmək avtomobilin asqı sistemi üçün zərərlidir.
Avtomobilin ömrünü qorumaq üçün sürücülərə tramplinə çatana qədər sürəti azaltmaq, tramplinin üzərində əyləci buraxmaq və avtomobilin asqı sisteminin sərbəst işləməsinə imkan yaratmaq tövsiyə olunur. Bu üsul zərbənin enerjisini bərabər paylayaraq avtomobilin texniki hissələrini qoruyur və bahalı təmirlərin qarşısını alır.
Əyləc basıldıqda avtomobilin ağırlığı ön tərəfə yönəlir və ön amortizatorlar sıxılır. Təkərlər maneəyə dəydikdə, artıq sıxılmış asqı sistemi zərbəni udmur və bütün yük şassi və asqı detallarına düşür. Nəticədə amortizatorlar, rezin oynaqlar, şarlar və sükan mexanizmi vaxtından əvvəl sıradan çıxa bilər. Həmçinin, təkər bloklanır və ya çətin fırlanır, bu da təkərlərin deformasiyasına və disklerin əyilməsinə səbəb ola bilər. /milli.az/