18:33
8°C
Bakı
Meyxanaçı Ağakərim vəfat edib.
Moderator.az-a açıqlama verən meyxana ustadı Ağamirzə Məmmədov bildirib ki, Ağakərim sabah dəfn olunacaq:
“Ağakərim sabah Maştağada, valideynlərinin yanında dəfn olunacaq. Vida mərasimi də Maştağa kəndində keçiriləcək. Allah ailəsinə, yaxınlarına səbr versin. 8 il yataq xəstəsi oldu. Dəfələrlə onu itirməklə üz-üzə qalmışıq. Ruhu şad olsun. Çox ağrı, acı çəkdi” deyə o bildirib.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.