00:05
9°C
Bakı
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Sabah saat 10:00-dan Pirşağı qəsəbəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F.Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z.Yusifzadə küçələrinin, Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.