Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub - FOTO
Cəmiyyət
164
16:57, Bu gün

Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub - FOTO

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.

Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.

Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Nicat Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunubTəhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunubTəhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər