Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Cəmiyyət
231
16:18, Bu gün

Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Moderator.az-a Agentlikdən bildirilib.

Görüşdə həmçinin ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər.

Görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov və Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev çıxış ediblər. Çıxışlar zamanı ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Agentlik tərəfindən əyar nəzarətinin təşkili ilə əlaqədar bugünədək görülən işlər, eləcə də maddi-texniki bazanın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsinin prioritet olduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı əyar mexanizminin hüquqi çərçivəsi və qiymətli metallardan hazırlanmış məmulatların əyarlanması və damğalanması məsələlərindən bəhs edilib. Qeyd olunub ki, bu istiqamətdə atılan addımlar zərgərlik sektorunda bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər