Beynəlxalq ikili diplom proqramı üzrə təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib
Cəmiyyət
739
18 Dec 2025 | 16:15

Beynəlxalq ikili diplom proqramı üzrə təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.

Qaydada proqrama dair müqavilənin bağlanılması, proqrama tələbə seçimi şərtləri göstərilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər