Sakinlərin nəzərinə - Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət
263
17 Dec 2025 | 21:50

Sakinlərin nəzərinə - Bəzi ərazilərdə işıq olmayacaq

Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib.

"Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq. Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər