“Digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də xarici vətəndaşların əmlak almaları sürətlə artır. Azərbaycanda daşınmaz əmlak alan xarici vətəndaşların böyük bir hissəsi Rusiya və Ukraynada yaşayan, milliyətcə Azərbaycanlı olsalar da, vətəndaş olarq xaricilərdir. Başqa bir tərəfdən isə Azərbaycanda daşınmaz əmlak alanlar ərəb və digər şərq ölkələrindən gələnlərdir. Onların da yatırımları daha çox qeyri-yaşayış obyektlərinə və investisiya sahələrinədir ki, şərq ölkələrindən gələn investorlar daha çox turistik bölgələrdə böyük yatırımlar edirlər. Bu da gələcəkdə Azərbaycanın əmlak sektoruna, xüsusilə də investisiya sahəsinin inkişafın gətirib çıxarır. Xarici ölkələrdə turistlərin yatırım etməsi üçün münbit şərait yaradılıb”.
Bunu Moderator.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib. O daha sonra əlavə edib:
“Xarici vətəndaşların Azərbaycanın daşınmaz əmlka sektoruna maraq yaratmasının əsas səbəblərindən biri də Azərbaycanın İpək yolunun üstündə olması və müxtəlif ölkələrlə sərhəd olmasıdır. Bu vəziyyət kütləvi olduğu halda artıq qiymət artımına gətirib çıxarır. Qiymətlərin artması digər ölkə vətəndaşları üçün, xüsusən də kreditli şərtlərlə mənzil alan vətəndaşlar üçün bir çox maneələr yaradır ki, bu da əmlak bazarında qiymət artımına gətirib çıxarır. Başqa bir tərəfdən isə daşınmaz əmlak sahəsi digər sahələrdən fərlqli olaraq yeganə sahələrdən biridir ki, xarici ölkələrdən investisiyaları, yatırımların ölkəmizə daşınmasına səbəb olur. Bu səbəbdən Azərbaycanda, müxtəlif bölgələrimizdə belə xarici investırlar üçün, daşınmaz əmlak alıcıları üçün münbit şərait yaradılsa xarici ölkələrdən yüz minlərlə valyutanın ölkəmizə axın olmasına səbəb olar” deyə o bildirib.
Elnur Fərzəliyev bildirib ki, əcnəbilər bölgələrdə də ev alır:
“Daha çox ölkənin turistik bölgələrinə uz tuturlar ki, bunlar da Qəbələ, İsmayıllı və ölkənin şimal və cəbub bölgələridir. Bu da həmin ərazilərdə yeni turistik zonaların açılmasına gətirib çıxarır. Nəticədə yeni iş yerləri açılır, turistik zonalar inkişaf edir” deyə o bildirib.