Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik TƏQAÜDƏ GÖNDƏRİLDİ
Cəmiyyət
208
14:35, Bu gün

Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik TƏQAÜDƏ GÖNDƏRİLDİ

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intiharı ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.
 
Cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.
 
Son olaraq hərbi hissə komandiri işləyən S. Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.
 
Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə 4 il azadlıqdan məhrum edilib, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb. /Qafqazinfo.az/
Link kopyalandı!
Son xəbərlər