FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər
Cəmiyyət
239
12:20, Bu gün

FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FIFA-ya şikayət ərizəsi ilə müraciət edib.
 
Moderator.az ESPN-ə istinadən xəbər verir ki, Nigeriya tərəfi KDR yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan doqquza qədər oyunçunun olduğunu açıqlayıb.
 
Məlumata görə, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər. KDR qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır.
 
FIFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir.
 
Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.
Link kopyalandı!
Son xəbərlər