Səbail və Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün paytaxtın Səbail və Yasamal rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən Səbail rayonu, 20-ci Sahədə tənzimləyicinin təmiri və siyirtmənin yenisi ilə əvəzlənməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.