Bəzi siqaretlərin reklamı qadağan ediləcək
Cəmiyyət
245
15:37, Bu gün

Bəzi siqaretlərin reklamı qadağan ediləcək

Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək.

Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qanun layihəsinə əsasən, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.

Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Link kopyalandı!
Son xəbərlər