Parlamentdə toylardakı vəziyyətdən danışıldı
Cəmiyyət
890
11:29, Bu gün

Parlamentdə toylardakı vəziyyətdən danışıldı

"Yas və toylarla bağlı nə qədər fərman çıxarsaq da, toy həmin toy olacaq. İstəyirsən özümüzü öldürək, istəyirsən qadağa qoyaq. Heç birş şeyə qadağa qoymaq mümkün deyil".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

"Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam", - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova söyləyib ki, insanları toy mədəniyyəti ilə bağlı maarifləndirmək lazımdır.

Qeyd edək ki, deputat Razi Nurullayev çıxışı zamanı toylardakı israfçılıqdan danışıb və toyların beynəlxalq standartlara uyğunlaşdırılmalı olduğunu deyib.

Link kopyalandı!
Son xəbərlər