Tovuzda 14 yaşlı qızın toy məraismi ilə bağlı yeni detallar -
Cəmiyyət
866
11:18, Bu gün

Tovuzda 14 yaşlı qızın toy məraismi ilə bağlı yeni detallar - "Hə" mərasimi keçirilib 

Tovuz  rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi ilə bağlı bəzi detallar bilinib.14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxıb. Qızın anası Elnarə Ələsgərova qızının məktəbdən çıxmasına səbəb maddi sıxıntı səbəbindən təhsil ala bilməməsidir. Toy mərasimi yox "Hə" mərasimi keçirilib. 

"Kafelərdən birində sadəcə "Hə" mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm buna səbəb imkanımın olmamağıdır."  -deyə 14 yaşlı qızın Anası Elnarə Ələsgərova bildirib.

 Məlumat üçün qeyd edək ki, bu E. Ələsgərovanın ikinci dəfə ailə həyatı qurub. Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə bəy  1992-ci il təvəllüdlü Firdovsi Abbasovun atası Fizuli Abbasovdur.

Link kopyalandı!
Son xəbərlər