16:03
9°C
Bakı
Bu gün Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İctimai Birliyinin Sumqayıt Qaz istismar Sahəsi məlumat yayıb.
Qeyd edilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə dekabrın 16-da təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.