Biz müəllimə niyə maaş veririk? - Nazir
Cəmiyyət
1210
15 Dec 2025 | 23:54

Biz müəllimə niyə maaş veririk? - Nazir

Fənlərin dövrü çoxdan bitib, müsir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərik.

Moderator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.

"Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu həmin fənnin müəlliminin maaşının 10 % azaldılmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək".

E.Əmrullayev qeyd edib ki, müəlimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:

"Eyni sistemdir və bunu dəyişmək çox çətindir. 90-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək".

Nazir qeyd edib ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır:

"Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik".

Link kopyalandı!
Son xəbərlər