Cəmiyyət
2933
15 Dec 2025 | 22:31

"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayev

Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdakı il bizi nə gözləyir? Siyasi proseslər, təbii fəlakətlər, regional və qlobal münasibətlər, eləcə də ölkədaxili hadisələrlə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bu proqnozları bəzən ekspertlər, bəzən isə qeyri-ənənəvi baxış bucağı ilə çıxış edən şəxslər irəli sürürlər.

Növbəti il ərəfəsində diqqət çəkən fikirlərdən biri də ekstrasens Zirəddin Rzayevin 2026-cı illə bağlı açıqlamalarıdır.

Moderator.az xəbər verir ki, Zirəddin Rzayev musavat.com-a verdiyi proqnozlarda bir sıra rezonans doğuran mövzulara toxunub, daxili siyasi proseslərlə bağlı diqqətçəkən iddia səsləndirib.

Ramiz Mehdiyevlə bağlı məsələyə toxunaraq bildirib ki, onun ardından "iki böyük vəzifəli şəxsin həbs olunacağını" görür. Rzayevin fikrincə, bu həbslər cəmiyyətdə ciddi rezonans doğura bilər.

Zirəddin Rzayev Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ekstrasens sülh prosesi ilə bağlı daha əvvəl də proqnoz verdiyini xatırladıb. Onun sözlərinə görə,  iki xalq arasında yaranmış dərin psixoloji və mənəvi yaraların sağalması üçün uzun illər lazımdır. Onun fikrincə, təxminən 20 il keçməlidir ki, bu ağrı-acılar bir qədər səngisin və cəmiyyətlər arasında münasibətlər həqiqətən dəyişsin. 

Link kopyalandı!
Son xəbərlər