“Mən həmişə inanırdım ki, bu addım atılacaq. İstərdim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə həmrəy olaq və bir çox insan azadlığa çıxsın. Prezidentin belə bir təşəbbüs irəli sürməsi hər birimizin ürəyindən oldu”.
Moderator.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsindən danışarkən deyib.
O bildirib ki, bu təşəbbüs hər kəs üçün böyük bir bayramdır:
“Ömürlük cəzaçəkməyə məhkum edilən bir neçə nəfər var ki, onların da amnistiyaya düşməsini istərdim. Onlar artıq 24-25 ildir ki, həbsdədirlər. Onlardan Elçin Əmiraslanovun, “Qaranquş” kəşfiyyat-diversiya dəstəsinin üzvlərinin amnistiyaya düşməsini istərdim. Bizim monitorinq qrupu həmişə əfv komissiyasına siyahı verir. Siyahıda onların adının hamısı var”.
Qeyd edək ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. (Musavat.com)