Prezidentin
Cəmiyyət
1022
15:00, Bu gün

Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
 
Moderator.az Rəfail Mirzəyevin dosyesini təqdim edir:
 
Rəfail Mirzəyev 1959-cu il fevralın 16-sı Gürcüstanın Marneuli rayonunda anadan olub.
 
2006-cı ilin mayın 3-ü Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilib.
 
2007-ci il oktyabrın 31-i Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
 
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 2002-ci il yanvarın 17-si "gömrük xidməti general-mayoru", 2005-ci il yanvarın 28-i "gömrük xidməti general-leytenantı" ali xüsusi rütbələri, 2006-cı il mayın 3-də isə "general-leytenant" ali hərbi rütbəsi verilib.
 
Link kopyalandı!
Son xəbərlər