Leysan və qar XƏBƏRDARLIĞI
Cəmiyyət
535
13:24, Bu gün

Leysan və qar XƏBƏRDARLIĞI

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
 
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər