Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı
Cəmiyyət
1252
12:03, Bu gün

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.
 
Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.
 
Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər