Bu gün Coratda qaz olmayacaq
Cəmiyyət
4156
15 Dec 2025 | 10:27

Bu gün Coratda qaz olmayacaq

Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.
 
Bildirilib ki, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.
 
Qeyd olunub ki, təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Link kopyalandı!
Son xəbərlər