“Mixaylo” ləqəbli şəhidin atası VƏFAT ETDİ
Cəmiyyət
552
16:11, Bu gün

“Mixaylo” ləqəbli şəhidin atası VƏFAT ETDİ

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.
 
Moderator.az bildirir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
 
Mərhum Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında, oğlunun məzarı yanında dəfn olunub.
 
Qeyd edək ki, Mehti Şıxəliyev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. "Mixaylo" ləqəbli Mehti Şıxəliyev Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər