“Hər dəfə torpaq uçur, qaytarırlar ora, yenə tökülür” - VİDEO
Cəmiyyət
726
15:47, Bu gün

“Hər dəfə torpaq uçur, qaytarırlar ora, yenə tökülür” - VİDEO

Paytaxtın Nəsimi rayonunun Xətai prospektində 1 həftə əvvəl yağan güclü yağışın fəsadları indiyədək aradan qalxmayıb.

Moderator.az xəbər verir ki, yol boyu axan palçıq həm avtomobillərin hərəkətinə, həm də piyadaların gediş-gəlişinə ciddi çətinlik yaradır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, davam edən palçıq axıntıları torpaq uçqunu riskini artırır ki, bu da təhlükəsizlik baxımından narahatlıq doğurur:

“Beşinci gün yağış yağanda buradan keçmək mümkün deyildi. Baxsınlar da, hər dəfə torpaq uçur, qaytarırlar ora, yağış yağanda yenə tökülür”.

Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin əsas səbəbi mövcud drenaj sistemlərinin yağış sularını tam şəkildə təxliyə edə bilməməsidir.

Daha ətraflı “İctimai TV”nin materialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər