15:49
3°C
Bakı
Şimal bölgəsinin bəzi ərazilərinə bu gecə ilin son fəslinin ilk qarı yağıb.
Qubadakı Şimal-Şərq Regional Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar Xızı rayonunun Altıağac qəsəbəsinə yağıb: -13 sm.
Qubanın Qrız kəndində ən soyuq temperatur -11,7 dərəcə şaxta qeydə alınıb.
Qarın hündürlüyü Qubanın Xaltan kəndundə 8, Qrız kəndində 2, Quba şəhərində 4, Şabranda 4 sm olub.
Digər məntəqələrdə də 4-8 sm qar yağması müşahidə edilib.




