Partiya sədrləri görüş keçirib
Cəmiyyət
241
19:14, Bu gün

Partiya sədrləri görüş keçirib

Bu gün Ədalət partiyasının sədri Mütəllim Rəhimli Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüşüb. 

Ədalət partiyasının mərkəzi ofisində baş tutan görüşdə Tural Abbaslı Ədalət Partiyasının sədri seçilməsi münasibətilə Mütəllim Rəhimlini təbrik edib. 


Görüşdə milli birlik platforması çərçivəsində partiyaların əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Siyasi partiyaların həmrəyliyinin müasir mürəkkəb beynəlxalq münasibətlər sistemində vacib olduğu vurğulanıb. Partiya sədrləri həmçinin ölkəmizdə mövcud sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər