Peşə təhsili müəssisələrinə direktor və müavin vəzifələrinə qəbul üzrə müsabiqənin nəticələri elan olunub
Cəmiyyət
254
16:29, Bu gün

Peşə təhsili müəssisələrinə direktor və müavin vəzifələrinə qəbul üzrə müsabiqənin nəticələri elan olunub

2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Moderator.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə təhsili müəssisələrində direktor və direktor müavini vəzifələrinə təyinatları həyata keçirilib.

Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə bilərlər. Müraciətlər elektron qaydada elektron müraciət portalı vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə nömrəsi qeyd edilməklə [email protected] imeyl ünvanına göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu dekabrın 28-də saat 18:00-da başa çatacaq.

Link kopyalandı!
Son xəbərlər