Rezidentlik məlumatlarının təqdim edilməsinə dair yeni tələb müəyyənləşir
Cəmiyyət
184
16:18, Bu gün

Rezidentlik məlumatlarının təqdim edilməsinə dair yeni tələb müəyyənləşir

Rezidentlik məlumatlarında dəyişiklik edilir.

Moderator.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil olunan Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi, maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası nəzərə alınacaq. Bu məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin onlarda şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, həmin tarixdən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

Həmçinin maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların, sənədlərin təqdim edilməsinə, müvafiq sənədlərin 30 gün müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər