Cəmiyyət
240
12:18, Bu gün

"Gedin onu oğlumdan soruşun" - Fəzail Ağamalı 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı oğlu Elçin Ağamalının Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı fikirlərini bölüşüb.
 
Moderator.az xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında partiyanın fəaliyyətini davam etdirdiyini bildirib.
 
F.Ağamalı oğlunun Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı suala isə “gedin onu oğlumdan soruşun” deyə reaksiya verib.
 
Qeyd edək ki, bir müddət əvvəl AVP-nin qurultayı keçirilib. Elçin Ağamalı qurultayda qalib gəldiyini iddia etsə də, Fəzail Ağamalı bunu qəbul etməyib.
Link kopyalandı!
Son xəbərlər