Ailə sevgi və sədaqət ocağıdır
Cəmiyyət
520
10:24, Bu gün

Ailə sevgi və sədaqət ocağıdır

“Ailədə hər söz toxuma bənzər. Yaxşısı xoşbəxtlik, pisi bədbəxtlik və ayrılıq gətirər.”
                                                                                                                                Atalar sözü.
 
Fəxri cahan peyğəmbərimiz Məhəmməd(s.ə.s)buyurub:”Sizin ən xeyirliniz ailəsinə qarşı mehriban olanınızdır”.Bu mənada Ailə cəmiyyətin ən mühüm institutlarından biridir.Mustafa Kamal Atatürkə görə,”Ailə millətin özəyidir.Özəyi zəif olan millət ayaqda qala bilməz!”.Ailən yoxdursa,deməli heç nəyin də yoxdur.Dövlət böyük ailə,Ailə isə kiçik dövlətdir,dövlətin özüdür,-deyərdim.Əbəs yerə Konstitusiyamızda“Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”ifadəsi işlədilmir.Ailə cəmiyyətin əsas özəyi kimi xalqın ayrılmaz tərkib hissəsi olduğundan,hakimiyyətin də yeganə mənbəyinə çevrilirAiləni  qorumaq səbr və iradə tələb edir,çox şeyi bağışlamaq,bəzən də çox şeyi unutmaq lazım gəlir.Cəlaləddin Rumi yazır:”Ailəni yaşadan imanla,ədəb,tərbiyə, mdədniyyət və hörmətin əl-ələ verməsidir”.Evin bərəkəti isə qadının ədəbindən və kişinin qeyrətindən doğar.O sədaqət və sevgi ocağını yandıran da,söndürən də içindəkilərdir.Heç vaxt unutmayaq ki,hər birimizin gerçək sarayı( təməlini möhkəm və ya zəif  qoyduğumuz) ailəmizdir.
 
Mübaliğəsiz belə bir fikir səsləndirmək olar ki,nadir və az tapılan qiymətli sərvət kimi ailəni qorumaq hər bir vətəndaşın dövlət və cəmiyyət qarşısında vəzifəsinə çevrilməlidir.Zənnimcə ailəni quran hər iki tərəf birgə həyata başlarkən hüquqlarını yarıbayarı azaltmalı,vəzifələrini isə iki dəfə artırmalıdırlar.Ər də,arvad da yaşadıqları birgə həyat zamanı ağılla hərəkət etməli,hissə qapılma halları zamanı onu içində boğmağa cəsarət və iradə tapmalıdır.Qarşılıqlı güzəştə getmək ailənin özülünü bərkidir.Təcrübə göstərir ki,əksər hallarda tərəflər arasında əvvəlki sevgi uzun çəkmir.Ona görə də ailənin qorunması üçün başlıca məsələ səbr nümayiş etdirməkdir.Nikahın təntənəli qeyd olunmasına qədər hər iki tərəf bir-birilərinin xarakterini,vərdişlərini,cəmiyyət üçün önəm daşıyan mənəvi  dəyərləri nə dərəcədə qoruya biləcəklərinə əmin olduqdan sonra razılığa imza atmalıdırlar.
 
Ailə xoş,mehriban və münasibətlərdən bir də,uşaqlardan başlayır.Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır.Ailə yeganə yerdir ki,qarşılıqlı hörmət və ehtiram yalnız orada ərsəyə gəlir,gələcək nəslin sağlam inkişafına da orada zəmin yaradılır.Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır.Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır.Böyük mütəfəkkir R.Taqor deyir:“Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir”.Mən deyərdim ki,tərəflərin iki qəlbi olsa da,iradələri də bir olmalıdır ki,möhkəmlənsin.Aailə sivil məktəb kimi öyrənməli və öyrətməli,cəmiyyətə görk olmalıdır.Bir az da,obrazlı ifadə etsəm,-evin nəfəsi soyuqdursa,dünyanın istisi də kömək etməyəcək!Konfutsiyə görə  sevginin ilk dərsi və simfoniyası  ailədən başlayır,orada  öyrədilir.Ailəni sevgi və səadət ocağı kimi yandıran da, söndürən də içindəkilərdir.Ona görə də,hər birimizin gerçək sarayı(təməlini möhkəm və ya zəif qoyduğumuz)ailəmizdir.Xoş söz ən güclü dərmanın edə bilmədiyini edir.
 
Son zamanlar ailə-nikah münasibətlərindəki mübahisələr artıq ictimai müzakirələrin predmetinə çevrilib. Cütlüklər sevgi və məhəbbətə, qarşılıqlı hörmət və ehtirama söykənən bəşəri dəyərlər əsasında ailə həyatı qursalar da çox çəkmədən yollar ayrılır. “Xasiyyətimiz uyğun gəlmədi”, “Məni tez-tez aşağılayır”, “Kobudluq edir, uşaqlara baxmır!” və s., və i.a.  Səbəbləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür.
 
Nikahın pozulmasına təsir edən digər səbəblər sırasında tərəflərin bilik səviyyəsi, intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və əxlaqi keyfiyyətləri də bu məsələdə rol oynayır... Daha sonra sosial səbəblərin-işsizliyin, yoxsulluğun, narkomanlığa və spirtli içkilərə aludəçilik hallarının olmasını da qeyd edənlər var.
 
Lakin, boşanmaya gətirəcək real səbəblərin tapılması,həmin səbəblərin təhlili, doğuran şəraitin-sosial faktorların öyrənilməsi və aradan qaldırılması üçün sosial institutların rolu hiss olunmur.Keçmişdə ata-babalarımız ailə həyatı qurarkən heç birinin nə təhsili varıydı, nə oxuya, nə də yaza bilirdilər. Amma ailə həyatı davamlı olurdu. 10-11 uşaq böyüdən valideynlərin həyatı bu günkü gənclərə görk olmalıdır. Yoxsulluq və işsizlik şəraitində yaşayan keçmiş kişi və qadınlarda gərginliyə gətirib çıxaracaq fikir ayrılıqları olmuşsa da,ailə həyatı məcrasından çıxmazdı.Ailəni qorumaqla həyat da qorunurdu. Çünki ailənin müqəddəsliyi və Allah tərəfindən “himayə” olunması faktoru təkzib olunmurdu.(Nikahı-kəbini rəsmi qurumlar yox,göydəki mələklər Rəbbin izni ilə bağlayırdı.Buna sədaqət nümayiş etdirilirdi,ailəyə sədaqət varıydı!) Həmin dövrün deyiminə görə “Ailə yalnız xəyanət olarsa dağıla bilər”di! Kişi bir az ucadan danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin səviyyəsi həmin dövrdə boşanmağa təsir edə bilməzdi və boşanma halları ümumiyyətlə olmurdu,-desəm yanılmıram.
 
Bu gün,doğrusu, şəhər həyatı üçün kişilərin spirtli içkilərə aludəçiliyi və narkomanlığa meyl halları diaqnostika ediləcək və cəmiyyətin müalicə edə bildiyi xəstəliklərindəndir. Bu səbəbdən qadınlar tərəfindən boşanmalara üstünlük verənlərin sayı da az deyil.
 
2024-cü il ərzində Azərbaycanda boşanmaların sayı 24 min 384 nəfər olmuş, həmin dövrdə  49508 nikah qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə olan nisbətdə nikahların sayı 9,1 ; boşanmaların sayı isə 1,3 olmuşdur.2023-cü il ilə müqayisədə nikahın sayı(54200)təxminən 10 min azalmış,boşanmaların sayı isə (21688)qismən azlıb.
 
2025-ci ilin yanvar-avqust aylarına olan məlumata əsasən nikah 31403 fakt,boşanmalar isə 13869 fakt olmuşdur.Ehtimal olunur ki,bu il ərzində də,həm nikah ,həm də boşanmalar artımla müşahidə olunacaq.
 
Qənaətimə görə müasir dünyada  boşanmalara gedən yol açıq və hamardır. Gənclərin əksəriyyəti ailəni cəmiyyətin əsas özəyi olduğunu dərk etmir və yaxud ,onun konstitutsion mahiyyətini anlamırlar. “Ailə cəmiyyətin əsas özəyidir” ifadəsi əsas qanunumuzda da əksini tapıb. Amma bunun açması gənclərə aşılanmır. Nikahın təntənəli qeydə alınması zamanı “Ailə məcəlləsinin (9,10 və 11-ci  maddələri) maddələrini rəhbər tutmaqla “Siz ər-arvad elan olunursunuz!”vulqar ifadənin əvəzinə,  hər iki tərəfin bir-birilərinə  sədaqət göstərəcəkləri, köməksiz vəziyyətdə (ərin və yaxud arvadın) olduqları, ağır xəstəliklərdən əziyyət çəkdikləri zaman yanında olacaqlarına, ona hörmət və ehtiramla qulluq edəcəyinə, həyatının son gününədək sevgiyə sadiq qalacağına dair hamıya görk olacaq və ətrafı riqqətə gətirəcək məzmunda müraciət edilməli, bir növ  “Ailəyə sədaqət andı” içilməli və hər iki tərəf ona imza etməlidirlər. And təntənəli toy mərasimlərinin və ailənin bir növ himninə - rəmzinə çevrilməlidir. Konstitusiyamızın 74-cü maddəsində “Vətənə sədaqət” vəzifəsi hər bir vətəndaşın (dövlət qulluqçusunun, hərbiçinin, dövlət qulluğunun xüsusi növündə çalışan məmurlarının içdiyi and da “Vətənə sədaqətin” nümunəsidir.) müqəddəs, konstitusion vəzifəsidir. Bu vəzifəni icra etməmək sədaqətsizliyin bariz nümunəsi kimi xəyanətə bərabər tutulur və cinayət məsuliyyəti yaratdığı üçün dəyər kəsb edir.
 
Hz.Əlinin”Ailə-Allahın insana verdiyi  ən böyük əmanətidir”,-çox müdrik kəlamına üz tutsaq ,“Ailəyə sədaqət” ruhunda and (mətni dərin məna kəsb edən məzmunda tərtib etmək lazımdır) toy şənliyində iştirak edənlərin hüzurunda ucadan səsləndirilməli və həmin andı hər iki tərəf imzaladıqdan sonra  Ailə Məcəlləsinin müvafiq  maddəsinə uyğun  nikahın bağlanması Allahın verdiyi əmanətə də sədaqəti artıracaq,birgə ocaq gənclər üçün müqəddəsləşəcək.Qeydiyyat Şöbələri tərəfindən toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri toydan sonra dəyərini itirir. Həm qız, həm də oğlan tərəfindən şahidlik etmək,zamin duranların imzaları ilə  nikahı təsdiqləmək seremoniyası isə bayağı və şit görünür.
 
Yerində səslənməsə də bir haşiyə çıxardım. Banklarda kredit verilən zaman zamin duranın kredit götürəni tanıması və onun işləməsinə, habelə onun maddi imkanlarının borcu qaytarmaq həddində olmasına zaminlik edib sənədə imza atır. Lakin borclu borcunu qaytara bilmədikdə və yaxud, ölkənin hüdudlarından kənara çıxdıqda zamin duranın vəziyyəti ağırlaşır, bank yerdə qalan borcu hüquqi məntiqə sığmayan tərzdə ona – zamin durana yönəltməyə başlayır.Çox absurd və ləyaqəti alçaldan bir normadır.
 
Ailə münasibətləri iflasa uğradıqdan sonra zaminlik edənlərə qarşı belə davranmaq təbii ki,yolverilməzdir.Zənnimcə nikah məsələləri bank əməliyyatlarından fərqli olaraq cəmiyyət və dövlət üçün tale yüklü müqəddəs məsələdir.Amma,zamin duranlar burda da,bankda da,fiziki şəxslərdən ibarətdirlər.Nikahın pozulması zamanı isə nə zaminlər,nə də qudalar heç yada düşmürlər.Ailə dağılır,havadarlar heç məhkəmələrə dəvət olunmurlar.Belə hallar ailənin dəyərini heçə endirməklə yanaşı ,boşanmalar sadələşdikcə artır və adiləşir.
 
Azərbaycanda boşanmaların səbəbləri diqqətlə araşdırılmadan proqnozlar vermək çətindir. Yuxarıda qeyd etdiyim kimi tərəflər (ər/arvad) həyat və gələcək taleyi ilə bağlı atdığı addımları ciddiliklə, ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli,zahiri görünüş, bəlağətli və yaxud pafoslu sözlər onları aldatmamalıdır. Nikah zamanı gənclərin şüurunda vətən və cəmiyyət üçün həyata gələcək qəhrəman uşaqların yüksək tərbiyəsi valideyn borcu kimi dərk edilməli, ailənin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün cütlük bütün imkanları daxilində çalışacaqlarının mahiyyətinə​ varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə tərəflərə Qeydiyyat şöbələrinin peşəkar işçiləri və yaxud, Komitənin məsul işçiləri tərəfindın aşılanmalıdır. Hər iki tərəfin nikahdan öncə psixoloji (peşəkar psixoloqların, sosioloqlarının, hüquqşünasların, müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin  iştirakı etdiyi) testdən keçmələri də,ailənin qorunub saxlanılmasında mühüm şərtdir.
 
Yeni ailə quranlara ixtisaslarına uyğun işlə tımin edilərkən üstünlük verilməli və mənzilə ehtiyacları olanlara az %-lə, uzun müddətli kredit verilməlidir.
 
Hər bir yeni ailənin gələcək həyatı “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” nəzarətində olmalı, mövcud çətinliklərin aradan qaldırılması diqqətdə saxlanılmalıdır. Belə yanaşma ailənin daxili işinə müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam inkişafı,daha doğrusu,ailənin cəmiyyətin əsas özəyinə çevrilməsi üçün geniş imkanlar açılır.
 
AM-də nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı”mürəkkəbləşməlidir”.Bütün hallarda boşanmalar yalnız və yalnız məhkəmənin  aktı ilə baş tutmalıdır.Boşanmaya əsas verən halların və səbəblərin qiymətləndirilməsi məsələsi də məhkəmələrin səlahiyyətinə aid edilməlidir.
 
Ailənin bütövlüyünü qoruya bilməyən, uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının  ödənilməsinə biganə qalan ər-arvad dövlətin etibar etdiyi vəzifənin də öhdəsindən gələ və yaxud, tutduqları vəzifələrinin icrasına başlamazdan öncə içdikləri anda sədaqət göstərə bilməzlər.Ailənin xoşbəxtliyi iflasa uğramışsa, karyer yüksəlişinə də xitam verilməlidir.Nikahı pozmaq istəyən ərin və yaxud,arvadın hərəkətləri ailənin yüksək adı və nüfuzu ilə bir araya sığmadığına, ailə-nikah münasibətlərinə qəsd etdiklərinə və yaxud, ər-arvad münasibətlərini qoruya bilmədiklərinə, habelə vəziyyətə seyrçi mövqedə yanaşdıqlarına görə onların tutduqları vəzifədə  qalıb-qalmaması məsələsinə də baxılmalıdır. Yaxşı olardı ki, Konstitusion müddəa-cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsində(dir)” olan kövrək ittifaqın qorunub saxlanılması üçün əhali arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər sırasında diqqət çəkən faktorlar nəzərə alınsın.
 
Digər mürəkkəb məsələ boşanmadan sonra ərdən  (arvaddan) alimentin tutulmasıdır. Burada aliment ödəyənin işləməməsi problem olaraq qalır.Alimenti ödəyə bilməyən şəxsin əvvəl inzibati, sonra ödənilməyən borca görə iddiaçının şikayəti əsasında ərin (arvadın) cinayət məsuliyyətinə cəlb olunması məsələsi sağlam təfəkkürə sığmır. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs etməklə uşaqların sosial rifahı yaxşılaşırmı? Qənaətimə görə əgər aliment ödəyənin heç bir əmlakı da yoxdursa, onun işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs edilməsi arzu olunan hal deyil. Ata və yaxud ana cəmiyyət üçün heç bir təhlükə törədəcək subyekt olmadığından  onların cəmiyyətdən, ən başlıcası isə övladlarının tərbiyə edilməsi borcundan ayırıb müəyyən müddətə azadlıqdan məhrum edilməsi Cinayət Məcəlləsinin humanizm, ədalət və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Hesab edirəm ki, məsələnin həlli və belə ailələrin ehtiyaclarını ödəmək üçün “Aliment fondu”nun(uzun illərdir bu təklifimi açıqlayıram) yaradılması çox vacibdir. Bu,həm də, ölkə konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının  vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” müddəası ilə üst-üstə düşər. Belə bir fondun yaradılmasından sonra açılan bank hesablarına imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini də ehtimal etmək olar, dövlətə o qədər də yük düşməz. Bununla da gələcək nəslin əlindən tutmuş olarıq.
 
Bəs Avropa ölkələrində vəziyyət necədir?  
 
İngiltərədə nikah üç hakimin və dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər üçün nəzərdə tutulan andın mətni oxunur və tərəflərin razılaşdığı təqdirdə imzalanır.Dövlət orqanının nümayəndəsi və hakimlər müəyyən sualların mahiyyətinə uyğun cavab aldıqdan sonra  nikahın seremoniyası bitir və dövlət sənədi təqdim olunur...
 
Böyük Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana bilməzlər və yaxud, bir ildən az ailə həyatı yaşayanlar boşanmağa ərizə verə bilməzlər. Boşanmaq istəyənlər ilk növbədə yaşamaq üçün şəraitin dəyişilməsinin mümkünsüzlüyünü sübut etməlidirlər. Bura aiddir:
 
- Tərəflərdən birinin xəyanəti;
- Tərəflərdən birinin arzuolunmaz davranışı (məişət zorakılığı);
- Tərəflərdən birinin digərini 2 ildən çox müddətə atıb getməsi;
- Tərəflərin 2 ildən çox müddət ərzində bir yerdə yaşamaması və hər iki tərəfin boşanmağa razılığı;
- Cütlüyün 5 ildən artıq ayrı  yaşaması,ərin və yaxud arvadın (biri) boşanmağa razı olmaması;
 
Bütün göstərilən hallarda məhkəmə sübutlar tələb edir. Böyük Britaniyada tərəflər hüquqi yardım üçün hüquqşünaslara və yaxud “Əhali üçün məsləhət bürosuna” müraciət edə bilərlər. Boşanma iddiası məhkəməyə  daxil olduqdan sonra cavabdeh tərəfə (ər və yaxud arvada)xəbərnamə forması göndərilir. Cavabdeh həmin formada boşanmaq istəmədiyinin səbəblərini xırda detalına qədər göstərir, qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri sadalayıb geri göndərir. Bunları qiymətləndirmək məhkəməyə həvalə olunsa da, bəzən bu səbəblərin aydınlaşdırılmasına III tərəf - mediatorlar, ailə üzrə məsləhətçilər, arbitlər qatılırlar. Belə hallarda  boşanmanın tezləşdirilməsi mümkün olmur. Ailə-məişət zorakılığına məruz qalan tərəfə pulsuz hüquqi yardım etmək Böyük Britaniyada geniş yayılıb. Qurbanlar yaşayış yeri ilə təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir. İgiltərədə bir uşağa görə əmək haqqının 15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara görə isə 25% həddində aliment tutulur. Boşanma zamanı hakim uşaqların kimin himayəsində qalmasını qət edərsə (mənzilin kimin adında olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda ev anada qalır, eyni zamanda  18 yaşına və tələbəlik illəri ərzində də cavabdeh alimenti ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut olunsa da “uşaqlara pis anadır” ifadəsini işlətmək qəbul olunmur.
 
Əvvəlki illərdən fərqli olaraq İngiltərədə boşanma halları azalmağa meyl edir. Sırada 25-29 yaşlı gənclər liderlik edir. Qadınlar daha çox səbirsizlik nümayiş etdirdiyindən boşanmaların da 68%-i qadınların iddiası ilə baş tutur. Əgər 1901-ci ildə İngiltərədə 512 boşanma faktı qeyd olunmuşdusa, 2001-ci ildə bu rəqəm 141135 fakt olmuşdur. 1970-ci ildə ailə qanunvericiliyində edilən dəyişikliklərlə əlaqədar boşanmaların sayı çoxalmışdır. Analitiklərin nəzərinə görə boşanmalara təsir edən böhranlı səbəblər ilk ailə həyatının 3-cü ayı ərzində, sonra 1 il ərzində və 5-ci ildə kəskinləşməyə başlayır. 5 ildən artıq yaşayan cütlüklərin ailə həyatı  şanslı və davamlı olur. Ingiltərə məhkəmələrində əmlakın bölünməsi zamanı “nikah kontraktının” olmasına əhəmiyyət verilmir, əmlak tərəflər arasında bərabər bölünür, lakin azyaşlı uşaqların maraqları nəzərə alınır.  
 
Böyük Britaniyada da səbrsizlik və dözümsüzlük  nümayiş etdirmək boşanmaların artımına təsir edir.
 
Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə yaşamağın qeyri-mümkünlüyü səbəbindən nikahın pozulması halları yalnız məhkəmə yolu ilə baş tutur. Boşanmalara vəsatət verildikdən 6 ay sonra baxılır. “Şerif” tərəfindən cavabdehə çağırış vərəqəsi təqdim edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən qız uşaqları boşanmadan sonra ana ilə qalır. İl ərzində qeyd olunan nikahkarın 45,5%-i pozulur.
 
Fransa dövlətində nikahın pozulması müəyyən səbəblər tələb edir.
 
- birgə razılıq əsasında qərarın qəbulu;
-ər və arvadın birinin təqsiri;
-tərəflərin ayrı yaşaması (6 il olmalıdır);
 
Burda da boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar qəbul ediblərsə belə. Birgə qərar zamanı tərəflər məhkəmədə səbəb göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən biri müraciət etmişsə, digəri də buna etiraz etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin həddi- buluğa çatmış uşaqlar olduğu təqdirdə  hakim boşanmaya etiraz edə bilər.
 
Almaniyada isə boşanma zamanı səbəblərin qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin razılığı kifayət edir. Ərizə məhkəməyə verildikdən sonra “ayrılıq dövrü” -8 aydan 3 ilədək olan uzanan dövr başlanır. Bu müddət ərzində cütlük boşanma üçün verdikləri ərizənin mahiyyətini anlamalıdırlar. Almaniyanın ailə hüququ ana və uşaqların marağına xidmət edir. Uşaqların maraqlarının tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına üstünlük verilir. Alkoqola və narkomaniyaya aludə olan valideynlərin işinə tez baxılır. Orada hər üç nikahdan biri pozulur.
 
Almaniyada hər il 180-200 min boşanma baş verir. Əhalinin 1000 nəfərinə nisbətdə 2,2 və ya 2,5 % edir.
 
Sonda demək istərdim ki,xoşbəxt ailə qarşılıqlı dostluğun istedadı üzərində qərar tutur.O kökü dərinlikdə olan,kövrək budaqları ilə cəmiyyət üçün şirin bar verən bir ağaca bənzər.Ağac dövlətin himayəsində olsa da,ona  qulluq etmək valideynlərin konstitutsion borcudur.Bunun mənasını anlasaq və səbrli olsaq ağrı-acıları unudar,tikilən doğma,əziz və isti yuvanı da qoruya bilərik.Səbirsizlik və qəzəb şeytan əməlidir.Ona uyanlar yolunu tez azarlar.Adətən oğru evin içinə və sahibinə bələd olduqda evi talayır.Şeytan da kimin qəlbində onun üçün yer olduğuna əmin olduqdan sonra,ora daxil olur və məqsədinə çatır. Hər birimizə şeytandan uzaq olmaq arzusu ilə...
 
Şəmsəddin Əliyev​
Hüquqşünas
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər