Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən və 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi bina hazırda boş vəziyyətdədir. Burada aparılan işlər hələ də yekunlaşmayıb.
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, bina sakinlərinə 100 min manatdan çox pul ayrıldığı deyilir.
Həmin binanın komendantı Heydər Mirzənin sözlərinə görə, sakinlərə kirayə haqqı üçün ayrılmış vəsait artıq bank hesabındadır.
Yanğında ölən şəxslərin yaxınlarına və zərərçəkənlərə kompensasiyanın nəzərdə tutulması ilə bağlı hələlik heç bir məlumatın olmadığı deyildi. Heydər Mirzənin sözlərinə görə, binada görüləcək iş çoxdur. Əsas problem isə liftlərin bərpasıdır ki, bu da yüksək məbləğ tələb edir.
Hazırda binada yalnız təmir-bərpa işləri ilə məşğul olan işçilər var.
Bina nəzarətçisi isə kamera qarşısında danışmaq istəməsə də, şifahi olaraq bildirdi ki, bu ayın sonuna qədər sakinlərin binaya köçürülməsi gözlənilir.
Qeyd edək ki hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik: