Ərzaq satışından gəlir 29,5 milyard manatı ötüb
Cəmiyyət
486
21:20, Bu gün

Ərzaq satışından gəlir 29,5 milyard manatı ötüb

Bu ilin yanvar–noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 50,4 faizi ərzaq məhsullarının payına düşüb.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu dövrdə ərzaq məhsullarının satışından 29 milyard 528,3 milyon manat gəlir əldə edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 101,1 faiz təşkil edir.

Qeyd edək ki, ötən ilin yanvar–noyabr aylarında pərakəndə ticarət dövriyyəsi 53 milyard 867,7 milyon manat səviyyəsində qeyd alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər