18:44
10°C
Bakı
Arif Məmmədovun rəhbərliyi ilə Şərqi Zəngəzur arxeoloji ekspedisiyası Zəngilanda, Şərifan kəndi ərazisində tədqiqat aparıb.
Moderator.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.
Hesabata görə, 2025-ci il tədqiqatları türbənin daxilində və ətrafında aparılan qazıntılar qəbir kamerasının kompleks quruluşunu, bişmiş kərpiclə hörülmüş ikihissəli dəfn sistemini və orta əsr müsəlman qəbirlərinin mövcudluğunu müəyyən edib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri abidənin XIII-XV əsrlərə aid olduğunu təsdiqləyərək bölgənin orta əsr dini-memarlıq ənənələrinin və sosial həyatının öyrənilməsi üçün mühüm elmi material təqdim edib.