Ölkə ərazisində güclü yağıntıların səbəbi açıqlanıb
Cəmiyyət
147
16:57, Bu gün

Ölkə ərazisində güclü yağıntıların səbəbi açıqlanıb

Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.

G.Abbasovanın sözlərinə görə, ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir.

"Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb", - deyə rəis müavini vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər