Cəmiyyət
329
13:45, Bu gün

"Ləman anasının vəfat etdiyini bilmir" - Könül Vəlibəylinin qızının son vəziyyəti

"Ləman Qulamovanın vəziyyəti ağır stabil olaraq qalır".
 
Bunu Könül Vəlibəylinin qızının səhhəti barədə açıqlamasında Ləmanın əmisi Fuad Cəfərov deyib.
 
O bildirib ki, Yeni Klinikanın direktoru Barat Yusubov və müalicə həkimi Emil Qasımov Ləman üçün əllərindən gələni edirlər:
 
"Biz onlara güvənirik və inanırıq ki, Ləman sağ-salamat ayağa qalxacaq. Dualarımız Ləmanladır və onun üçün əziyyət çəkən hər kəsə minnətdarıq".
 
Fuad Cəfərov Ləmanın anasının vəfatı barədə məlumatlı olub-olmamasına da aydınlıq gətirib:
 
"Xeyr, o, anasının vəfat etdiyini bilmir. Düşünür ki, anası başqa xəstəxanada reanimasiyadadır".
 
Xatırladaq ki, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli 21 noyabrda Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirib.(News24.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər