01:15
10°C
Bakı
2-ci sinif üzrə kiçik summativ qiymətləndirmədə (KSQ) narazılığa səbəb olan tapşırığa aydınlıq gətirilib.
MÜTDA-dan Moderator.az-a bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.
Qeyd olunub ki, belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb: “Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”.
Qeyd edək ki, paylaşımda "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.