Sabah Azərbaycanda 21 kənd və bir qəsəbənin qazı kəsiləcək
Cəmiyyət
139
16:12, Bu gün

Sabah Azərbaycanda 21 kənd və bir qəsəbənin qazı kəsiləcək

Sabah Astara rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, Astara rayonunun "Şahağacı" qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızması aradan qaldırılacaq.
 
Bu məqsədlə dekabrın 11-də saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər